Siyasi məhbuslar məsələsi AŞPA-nın hüquqi məsələlər və insan haqları Komitəsinin mayın 21-də Parisdə keçiriləcək iclasında müzakirə olunacaq.
APA-nın məlumatına görə, müzakirələrdə AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin də iştirakı gözlənilir. Xatırladaq ki, Kristof Ştrasser 2009-cu ilin matında AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi təyin olunub. Ötən ilin payız sessiyasında onun mandatı dəyişdirilib və Ştrasser AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi təyin olunub.
AŞPA-da siyasi məhbuslar məsələsi müzakirə ediləcək
•


