Ukraynanın Simferopol şəhərində 15 min tatar etiraz edir. Krım tatarlarının Orta Asiya, Sibir və Urala sürgün edilməsinin 68-ci ilinə həsr olunmuş mitinqdə tatarlar öz haqlarının bərpa edilməsini tələb ediblər. Onlar krım-tatar dilinin dövlət səviyyəsində bərpasını, deportasiyanın cinayət faktı kimi tanınmasını istəyirlər . Xatırladaq ki,17 mayda Ukrayna parlamenti krım xalqının zorakı deportasiyasını insanlığa qarşı cinayət kimi tanımaqdan imtina etmişdi.
1944-cü ilin 18 mayında 180 min Krım tatarları almanlarla əməkdaşlıqda günahlandırılaraq sürgün edilmişdi. Deportasiyanın ilk iki ilində sürgün olunanların 46%-i həlak olub. Ancaq SSRİ dağıldıqdan sonra onlar evlərinə qayıtmağa başlayıblar. Hal-hazırda Krımda yaşayan əhalinin cəmi 13%-i tatardır.
azadliq.info


