Şəkidə daha bir zəlzələ oldu

Yeraltı təkanların gücü 4 bal təşkil edib

Azərbaycanda bu gün daha bir zəlzələ qeydə dlınıb. ANS PRESS-in Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, maqnitudası 3.70 olan yeraltı təkanlar Şəkidə qeydə alınıb. İlkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 15:04-də, Şəkidən 16 km qərbdə qeydə alınıb. Episentrdə 4.0 bal, Şəki şəhərində və epsentrə yaxın yaşayış məntəqələrində 3.0 bal hiss olunub. İnsan təlafatı yoxdur.