Insan Haqları Evi şəbəkəsi prezident Ilham Əliyevə müraciət edərək Oqtay Gülalıyevin dərhal və şərtsiz azadlığa buraxılmasını tələb edib. Müraciətdə deyilir:”Biz, aşağıda imza edənlər – Insan Haqları Evi şəbəkəsinin üzvləri Oqtay Gülalıyevin Sabirabadda həbsindən və onunla pis rəftardan çox narahatıq.
Biz əminik ki, bu cür repressiv tədbirlər onun insan hüquqları və korrupsiyaya qarşı mübarizə sahəsindəki fəaliyyəti ilə bağlıdır. Oqtay Gülalıyevin saxlanması və onunla pis davranış korrupsiyaya qarşı mübarizə və sosial ədalətin bərpa olunması sahəsində apardığı mübarizəyə görə qisas almaqdır. Bu göstərir ki, Azərbaycanda hüquq müdafiəçilərinin, jurnalistlərin və vətəndaş cəmiyyətinin digər fəallarının tənqidi səslərini boğmaq üçün qorxutma praktikası qalır.
Biz hakimiyyəti Oqtay Gülalıyevi dərhal və şərtsiz azad etməyə, onun tam reabilitasiyasını təmin etməyə çağırırıq”. Müraciəti Insan haqları Evi Fondunun beynəlxalq şəbəkəsinin 52 təşkilatı imzalayıb(Turan).
İnsan Haqları Evi Oqtay Gülalıyevə azadlıq tələb edir
•


