Gürcüstan Azərbaycansız ev sahibliyi edəcək

Gürcüstan 2020-ci il Avropa futbol çempionatına ev sahibliyi etmək üçün iştirak ərizəsi verib. Bu dəfə ev sahibliyi uğrunda onlar Azərbaycanın iştirakı olmadan mübarizə aparacaqlar. Mart ayında prezident Mixail Saakaşvilinin Azərbaycana səfərindən sonra Gürcüstan tərəfi Azərbaycana birgə iştirak təklifi vermişdi. Bu namizədliyin qəbul edilmə şanslarını daha da artıracaqdı.

Azərbaycan tərəfi 2020-ci il Yay Olimpiada oyunlarının ev sahibliyinə ərizə verdiyi üçün iştirakdan imtina etmişdi. Ev sahibliyi uğrunda Gürcüstanın ən ciddi rəqibi Türkiyə olacaq.

azadliq.info