“AZƏRBAYCAN HÖKUMƏTİ BU RÜSVAYÇI MÜSABİQƏNİN QARŞISINI ALMALIDIR”
İran parlamentinin üzvü Məhəmməd Kərəmirad jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasında keçiriləcək “Avroviziya 2012” mahnı yarışmasından danışıb.
“Dia.az” saytının məlumatına görə, Məhəmməd Kərəmirad deyib ki, Qərbin təsiri altında Bakıda keçirilməsi nəzərdə tutulan “Avroviziya 2012” mahnı müsabiqəsi həyasızlığı yaymaq məqsədi daşıyır: “Azərbaycan Respublikası əhalisi əsasən müsəlman şiələrdən ibarətdir. Belə bir ölkədə bu müsabiqənin keçirilməsi Qərbin hiylələrindən biri sayılır və islamofobiya siyasətinə xidmət edir. Azərbaycan hökuməti Qərbin istiqamətləndirməsi ilə bu ölkəni sionist rejim üçün bir bazaya çevirməkdədir və islam dinini zəiflətmək məqsədi ilə onların yürütdüyü siyasətləri çərçivəsində hərəkət edir. Azərbaycan hökuməti dərhal bu rüsvayçı və əxlaqa zidd müsabiqənin keçirilməsinin qarşısını almalıdır, əks təqdirdə bu ölkə müsəlmanlarının ciddi reaksiyası ilə üzləşəcək”.


