“Eurovision” anormallıqları

Yarışma özüylə yeni «qaydalar» gətirib

“Eurovision” sürprizləri adamları təəccübləndirməkdə davam edir. Yarış ərəfəsində şəhərdə maşınların hərəkəti məhdudlaşdırılıb. Bu barədə Dövlət Yol Polisi əhaliyə xəbərdarlıq da edib.
Bununla yanaşı, şəhərin mərkəzində maşınların dayanması da qadağan edilib. Belə ki, gün ərzinə evakuatorlar şəhərdən maşınları cərimə meydançalarına daşıyır. Ən maraqlısı isə odur ki, cərimə meydançasına aparılan maşınlar sahiblərinə qaytarılmır. Onlara bildirilir ki, maşınlarını “Eurovision” bitdikdən sonra götürə bilərlər.  Hüquqçular bunu açıq-aşkar qanun pozuntusu, mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirir. Vətəndaş cəmiyyəti fəalları – QHT-lər və jurnalistlərdən ibarət qrup isə bu  qanun pozuntusunun monitorinqini aparmaq niyyətindədirlər.

Informasiya şöbəsi