Parlament prezidentin impiçmentinə hazırlaşır

Президент Южной Кореи Пак Кын Хе

Cənubi Koreya parlamenti 9 dekabrda prezident Pak Kın Xenin impiçmenti məsələsinə baxacaq. İmpiçment üçün deputatların 2/3-i səs verməlidir. Təklif dəstəklənsə, yarım il müddətində Konstitusiya Məhkəməsi məsələyə baxacaq.

Prezidentin rəfiqəsinin hökumətin siyasətinə təsir etdiyi haqda KİV-lərin xəbərindən sonra prezident Pak Kın Xenin reytinqi rekord səviyyədə aşağı düşüb. Həmçinin prezidentin bir neçə keçmiş köməkçisi səlahiyyətlərdən sui-istifadə ittihamı ilə həbs edilib.