İranda nüvə fizikası alimini qətlə yetirən şəxs edam edilib. 24 yaşlı Məcid Camal Faşi professor Məsud Əli Mohammadinin qətlində günahkar bilinib. Qətlə yetirilən alim 2010-cu ilin yanvarında evinin yanında partlayan bombanın qurbanı olmuşdu. Edam edilən gənc İsrail kəşfiyyatı “Mossad”a işləməkdə günahkar bilinir. O, bu qətl üçün 120 min dollar alıb. İsrail məsələyə şərh verməkdən imtina edib.
Son illərdə İranda nüvə sahəsində çalışan 6 alim qətlə yetirilib. İran bu qətllərin təşkilatçılığında İsrail və ABŞ-ı ittiham edir.
azadliq.info


