Azərbaycanda əsgər hərbçi yoldaşını, daha sonra isə özünü güllələyib.
APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Qazax rayonunda yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.
Milli Ordunun əsgəri Vüsal Nəbiyev xidməti silahı ilə atəş açaraq əsgər yoldaşı Məcnun Qarazadəni qətlə yetirib. V. Nəbiyev daha sonra özünü öldürüb.
Qeyd edək ki, M. Qarazadə İmişli, V. Nəbiyev isə Hacıqabul Rayon Hərbi Komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.


