İslam Kərimovun nəvəsi: “Anamı öldürmək istəyirlər”

islam-kerimovBBC-nin özbək bürosu Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun nəvəsi İslam Kərimovla söhbət edərək ondan anası Gülnarə Kərimovanın taleyi barədə söruşub.

23 yaşlı İslam Kərimov Londonda yaşayır.

O, anasının əvvəl olduğu kimi Daşkənddə saxlanıldığını deyir: “Başqa ölkəyə getməsi ilə bağlı məlumat yalandır. Adamları onun kimi geyindirib, şəhərdə maşınlarda gəzdirirdilər. Ancaq anam saxlanıldığı yerdən çıxmayıb. Qeyri-rəsmi laraq ev dustağıdır. Çünki ona qarşı ittiham irəli sürülməyib, hansı işə görə və hansı müddətə saxlanıldığı deyilməyib. Ancaq bu babamın vaxtında idi. İndi o da yoxdur. Heç kim də bu məsələyə aydınlıq gətirməyib. Bu siyasi situasiyadır”.

İ.Kərimov anasının konfortlu şəraiti olmayan evdə saxlanıldığını, mənəvi təzyiqlə üzləşdiyini deyir. Onun yanına heç kim buraxılmır. Hətta evə yaxınlaşmaq istəyənlər həbs edilir.

G.Kərimovanın oğlu bacısının anası ilə ayda bir dəfə görüşdüyünü, hətta bəzən görüşə buraxılmadığı qeyd edib. Bütün bunlar isə Milli Təhlükəsizlik Xidmətinin nəzarəti altında baş verir.

İ.Kərimovun bacısının ölkən çıxarılmaq istədiyini, lakin onun anasını tək qoymaq niyyətində olmadığını deyir: “Bacımı ölkədən göndərmək istəyirlər. Ancaq anama nəsə olsa, onunla əlaqə yaratmağa heç kim olmayacaq. Mənim əlaqım yoxdu. Anamla yeganə əlaqəsi olan adam bacımdır. İki il əvvəllə müqayisədə vəziyyət bir qədər də gərginləşib. Yüz faiz bilirəm ki, onun həyatı təhlükədədir. Bilmirəm hansı formada, ancaq anamı aradan götürmək istəyirlər. güman ki, bu zəhərlənmə yolu ilə olacaq”.

azadlıq.info