AXCP sədri Qərbin üç nüfuzlu nəşrinə müsahibə verib
AXCP sədri Əli Kərimli mayın 12-dən 15-dək Qərbin üç ayrı nüfuzlu mətbuat orqanının nümayəndələri görüşərək onlara müsahibələr verib. Ə.Kərimli ilk olaraq nüfuzlu “The Daily Telegrarh” qəzetinin müxbiri Tom Parfitt və “Berliner Zeytung” qəzetinin müxbiri Chrisian Eschə müsahibə verib. Dünən isə AXCP sədri İsveçrədən olan jurnalist Marlene Schniererin suallarını cavablandırıb.
Ə.Kərimlinin sözlərinə görə, müsahibələr zamanı əcnəbi jurnalistlər Azərbaycandakı ictimai-siyasi vəziyyət, müxalifətin fəaliyyəti və ölkədə gedən proseslərlə bağlı mövqeyilə yaxından maraqlanıblar: “Onu da soruşurdular ki, niyə müxalif mövqedəyik, Azərbaycanın gələcəyini necə görürük, müxalifətin platforması, görmək istədiyi dəyişikliklər nələrdir. Siyasi məhbus problemi, Azərbaycan müxalifətinin “Eurovision”a baxışı, avitoritar idarəetməyə və korrupsiyaya yanaşması da müsahibələr zamanı ən çox toxunulan məqamlar idi. Yəqin ki bu müsahibələr yaxın vaxtlarda çap olunacaq və bundan sonra onlarla daha geniş tanış olmaq imkanı yaranacaq”.


