Deputatlar bir birini qırdı

aqil-abbas-fezail-agamaliParlamentin deputatları Fəzail Ağamalı və Aqil Abbas Milli Məclisin plenar iclasında aralarında baş verən mübahisəyə aydınlıq gətiriblər.

Aqil Abbas açıqlamasında bildirib ki, noyabrın 29-da Milli Məclisin iclasında həmkarı Fəzail Ağamalı ilə arasında hər hansı bir xoşagəlməz hadisə baş verməyib:

“Dünən parlamentdə heç nə baş verməyib. Bu məsələ dünən bitdi.”

A.Abbasla bağlı tədbir görülməsi üçün Milli məclisə müraciət edən F.Ağamalı isə bu barədə ümumiyyətlə, danışmaq istəmədiyini dedi:

“Dünən dünəndə qaldı. Sözümü dedim, bitirdim. Daha bu barədə danışmaq istəmirəm”.

Noyabrın 29-da Milli Məclisin plenar iclasında deputatlar Fəzail Ağamalı və Aqil Abbas arasında mübahisə yaranıb.

A.Abbas müzakirəyə çıxarılan məsələlərdə deputatların iştirak etmədiyini vurğulayıb:

“Hərə yaxasını çəkib bir kənara, iki-üç deputatıq, hədəfdə qalmışıq. Bu işləri edənlər cəzasını almalıdırlar.”

Fəzail Ağamalı isə Aqil Abbasın fikirlərinə sərt reaksiya verərək onu təhqir edib: “Onun səviyyəsi hələ çatmır ki, burada hansısa deputata söz desin”-deyə onunla bağlı tədbir görülməsini xahiş edib. (AzNews.az)