Bakıda çay evində kütləvi dava: 2 nəfər bıçaqlandı

Mayın 14-nə keçən gecə Bakı şəhərinin Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 8-ci mikrorayon ərazisindəki “Həyat” çay evində iki qrup arasında mübahisə yaranıb. Daha sonra həmin şəxslər mübahisəni çay evinin qarşısında davam etdiriblər. Bu zaman şəxsiyyəti hələlik müəyyən edilməyən şəxs 1986-cı il təvəllüdlü Abbasov Abbasəliyə və 1979-cu ildə anadan olmuş Məcidov Ehram Xudu oğluna bıçaqla zərbələr endirib. Yaralılar yaxınlıqdakı şəxslərin köməkliyi ilə xəstəxanaya gətirilib.

Hadisəni törədən şəxs və ya şəxslər isə olay yerindən yayınıblar.

Hazırda faktla əlaqədar əməliyyat-istintaq tədbirləri həyata keçirilir.