Ştaynmayerdən Putin və Əsədə ultimatum: “Hələ nöqtə qoyulmayıb!”

Frank-Valter ŞtaynmayerAlmaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer

Rusiya və Suriya rəhbərliyinə çağırış edib.

Nazir bildirib ki, rəsmi Moskva və Dəməşq Hələbin ələ keçirilməsinin savaşın udulmasında həlledici olduğu barədə yanlış rəy yaratmamalıdır.

“Hələ nöqtə qoyulmayıb! Hələbdə nə baş verməyindən asılı olmayaraq bu münaqişə başa çatacaq», deyə nazir qeyd edib.

Ştaynmayer deyib ki, rusiyalı həmkarı Sergey Lavrovla görüşdə aylardır qanlı döyüşlərin getdiyi Hələbdə humanitar vəziyyətin yaxşılaşdırılması üçün hər şey edəcək.

Fransanın xarici işlər naziri Jan-Mark Eyro isə BMT Təhlükəsizlik Şurasını Hələblə bağlı təcili iclasını keçirməyə çağırıb.

Qeyd edək ki, Suriyada hökumət qüvvələri Hələbin üçdə birinə nəzarəti ələ keçiriblər. Buna qədər həmin ərazilər Bəşər Əsəd əleyhdarlarının əlində idi.

Gültəkin