Yəməndə Bolqarıstan səfirini qaçırmaq istədilər

Yəmənin paytaxtı Sənada bir qrup şəxs Bolqarıstanın bu ölkədəki səfirini qaçırmağa cəhd göstərib. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, həmin vaxt bolqarıstanlı səfir və həyat yoldaşı avtomobildə olub. Silahlılar səfiri qaçırmağa nail olmayıblar və maşına atəş açıblar. Nəticədə güllənin sındırdığı şüşələr səfirin üzünü yaralayıb. Səfir və həyat yoldaşı yaxınlıqdakı ticarət mərkəzində gizlənə biliblər.