Rusiya təyyarəsinin vurulduğunu iddia etdi

SSRİ-nin dağılmasından sonra Rusiyanın istehsal etdiyi ilk sərnişin təyyarəsi olan Superjet-100 tipli təyyarə çərşənbə günü İndoneziyada keçirilən sınaq uçuşunda qəzaya uğramışdı. İndoneziyanın paytaxtı Cakarta yaxınlığında radardan itən təyyarənin qəza səbəbi kimi dağa çırpılması göstərilir. 
 
Rusiyanın sərnişin təyyarəsi sənayəsində rəqabət qabiliyyətinə ümid etdiyi bu təyyarə Braziliyanın Emraer, Kanadanın Bobardier markalarına rəqib göstərilirdi. Rusiya Dumasından senator Aleksandr Torşin təyyarənin qəzaya uğradığını deyil, vurulduğunu iddia edib. O, bunu təyyarəni idarə edən pilotun çox təcrübəli olması ilə bağlayıb. Qəzada həlak olan 50 nəfərin ancaq 12-in cəsədi aşkarlana bilib.
 
azadliq.info