Tramp Kastronu qəddar diktator adlandırdı

tramp

“Dünya təxminən 60 ildir öz xalqını əzən qəddar diktatorun ölümünü qeyd edir,” – Tramp Kastronun ölümündən bir neçə saat sonra açıqladığı bəyanatda deyib. “Fidelin irsi edam manqaları, oğurluq, təsəvvüredilməz əzablar, kasıblıq və fundamental insan hüquqlarının inkarından ibarətdir.”
Obama adminstrasiyasının Kuba ilə diplomatik açılımını geri çəkəcəyinə söz vermiş Tramp deyib ki, Kuba “totalitar ada” olaraq qalır, ancaq o ümid edir ki, Kastronun ölümü “uzun müddətdir qatlanılan dəhşətlərdən uzaqlaşmağa və möhtəşəm Kuba xalqının çox layiq olduğu azad həyata qovuşmağına” səbəb olacaq.
Son seçkilərdə anti-Kastro Amerika kubalılarının özünə dəstəyini qeyd edən Tramp hakimiyyəti dövründə “azad Kuba” uğrunda döyüşəcəyinə söz verib.
“Fidel Kastronun səbəb olduğu faciə, ölüm və əzablar silinə bilməz, bizim adminstrasiya əlindən gələni edəcək ki, nəhayət Kuba xalqı azadlıq və tərəqqi uğrunda yola addım atmış olsun”, – Tramp bildirib.