May ayının 13-ü saat 16-da VHP-nin qərargahinda AXCP Gənclər Komitəsinin Kitabxana və Tədris Mərkəzinin təşkilatçiliği ilə “Osama” adlı filminin nümayişi olacaq.Filmə baxmağa hər kəs dəvətlidi.
“Osama” Taliban rejimi zamanı, 1994-2001-ci illərdə Əfqanıstanda qadınların vəziyyətindən bəhs edir.
Əfqanıstanda Taliban rejimi vaxtı qadınlara işləmək qadağan edilmişdi.Ərini müharibədə itirən və azyaşli qızı ilə birlikdə acliq təhlükəsi ilə üzləşən qadın qızının saçlarını kəsdirb oğlan paltarı geyindirir
və işə göndərir.Və əsl faciələr bundan sonra başlayır.
Film türkcə dublajda izləniləcək.
Əlaqə üçün: Alməmməd Əlisoy – 055 524 27 12
Bəyim Həsənli – 055 285 25 33