Hələbdə hakim partiyanın ofisi hədəf alındı
Suriyada gərginlik davam edir. Ölkənin ikinci ən böyük şəhəri Hələbdə şiddətli partlayışış baş verdiyinə dair xəbərlər yayılıb. Müxalif fəalların bildiriyinə görə, partlyışın hədəfi hakim Bəəs partiyası olub. Partiyanın ofisi qarşısında törədilmiş partlayış nəticəsində bir gözətçi ölüb. Partlayışın səbəbi məlum deyil.
Partlayışdan sonra atışma olduğu da bildirilir. Rəsmi dairələrin məlumatına görə, partlayışdan əvvəl təhlükəsizlik qüvvələri digər terror aktının qarışısını alıb. Partlayış törətməyə hazırlaşan terrorçu-kamikadzenin öldürüldüyü deyilir.
azadliq.info


