Gözəl Bayramlı “bastainfo”nun absurd ittihamlarına cavab verdi

gozelbayramli1

Bastainfo.com saytında AXCP-nin sədr müavini Gözəl Bayramlını ölümlə hədələdiyi üçün 12 sutka həbs cəzasına məhkum edilən Çingiz Tağızadə adlı vətəndaşın mövqeyi dərc edilib. Gözəl Bayramlı öz “facebook” səhifəsində haqqında yazılanlara dair münasibətini bildirib:

“Etiraf edim ki, bütün olub bitənlərə baxmayaraq Müsavat partiyasından bu qədərini gözləmirdim. Müsavatın mətbuat orqanı, partiya başqanının qardaşının rəhbərlik etdiyi basta.info saytı və partiya funksionerləri ölümlə hədələnməyimi, sonra da hədələyənlərin məsuliyyətdən azad edilməsini təşkil edən hakimiyyətə açıq –aşkar dəstək verirlər. Həm də komanda şəklində. Geniş ictimaiyyət bilir ki, qısa vaxtda əvvəlcə məni “bandotdelə” çağırıb rəsmən hədələmişdilər. Sonra telefonla zəng edib hədələdilər, daha sonra isə saxta vəhabi profili yaradıb onun adı ilə “başımı kəsəcəklərini” yazdılar. Baxmayaraq ki, hədə açıq telefondan edilmişdi, özüm dəfələrlə müraciət yazmışdım. Yüzlərlə sosial şəbəkə fəalı, ictimai xadim baş verənlərdən hiddətləndiyini bildirmişdi, hökumətin fəaliyyətsizliyini tənqid etmişdi, hətta AXCP sədri Əli Kərimli də baş prokuror və daxili işlər nazirinə müraciət etmişdi, hakimiyyət məsələni araşdırmağa heç bir səy göstərmirdi. Yalnız bir həftədən sonra məni dəvət edib ifadəmi aldılar. Sonda da məni telefonla ölümlə təhdid etmiş şəxsi 12 sutka həbs etməklə məsələni qapatdılar. Hakimiyyətlə məsələ aydındır. Təəssüf doğuran odur ki, bu gün Müsavat partiyasının mətbuat orqanı və funksionerləri sanki xüsusi təlimat almış kimi kampaniya başladıblar ki, məni telefonla hədələyən şəxs hansısa anlaşılmazlığın qurbanı olub. Hadisədən 1 ay keçəndən sonra adamın adından ciddi bir publisistik yazı da hazırlayıblar. Özünü aydan – arı, sudan duru adam kimi təqdim edir. Müsavat funksionerləri də bu adamın yazdıqlarını (bəlkə də onun adından kimlərinsə yazdığını) 100%-lik həqiqət kimi təqdim edib, məni borclu çıxarmaqdan da çəkinmirlər. Siz nəyin əsasında bu adamın dediklərini həqiqət kimi qəbul edirsiniz? Akif Çovdarov da məhkəmədə özünü mələk kimi təqdim etmir? Akif Çovdarovun bacısı iddia etmir ki, Akif o qədər humanist idi ki, toyuq başı da kəsməzdi? Nə edək, onların dediklərini həqiqət kimi qəbul edək? Tutaq ki, mənim telefonla hədələnməyim bir texniki səhv idi, bəs bunu DİN haradan bilirdi? Niyə edilən müraciətlərə reaksiya vermirdilər? Tutaq ki, telefon zəngi bir səhvin nəticəsi olub, bəs ondan əvvəl “bandotdeldə” hədələnməyim, bəlkə Müsavat funksionerləri bunun da bir texniki xəta olduğunu sübut etməyə girişsinlər? Bəs yaradılmış saxta vəhabi profilindən mənim başımı kəsməklə hədələnməmi necə izah edəcək Müsavat funksionerləri? Utanmayın, onu da yaza bilərsiz ki, adamların əli dolaşıb, səhvən mənim şəklimi yükləyiblər profillərinə, sonra da barmaqları dolaşıb, mənim başımın kəsiləcəyini təsadüfən yazıblar… Yazın, çətin olmaz, çətini “ayının əmisioğlu” olmağı qəbul edincəndir, onu ki, qəbul etdin, sonra heç nə çətin olmaz. Çox təəssüflər…
P.S. 1)Telefonundan mənə zəng gələn adam İstintaqa ifadəsində mübahisənin hakimiyyəti müdafiə etdiyi zaman, basta.infoya məktubunda isə müxalifəti müdafiə etdiyi üçün baş verdiyini yazıb.
2) Deyir həmin yazılar indi profilimdə durur, buyursun basta.info həmin yazıları təqdim etsin.
3) Mənim inboxuma həmin gün yazdığı mesajdan adamın necə “peşiman” olduğunu, necə “üzrxahlıq” etdiyini görün.
4) basta.info-ya bir zəhmət, əliniz uzundur, Azercelldən zəngin mətnini, yaxud səs yazısını alın .
5) Mənim nömrəmin yayıldığı iddia edilən profillər, eyni zamanda məni ölümlə hədələyən status, eyni zamanda inboxuma mesaj yazan adamın profili bu işlə bağlı istintaq başlayan kimi qapadılıb?”

15171176_1222530691126870_8070945555730759548_n

15193563_1222530737793532_2278493829962719740_n

15193588_1222530724460200_2824104241196591829_n

15171155_1222530747793531_8555024454225646846_n

15134680_1222530697793536_265812690746288210_n

15094527_1222530714460201_1595266764000873470_n