
23 ildən çoxdur həbs həyatı yaşayan özbək siyasətçi Samandar Qoqonov azad edilib.
72 yaşlı keçmiş parlament üzvü Qoqonova qarşı mənimsəmə ittihamları irəli sürülmüşdü. Tərəfdarlarının “Özbəkistanın ən uzun müddətli həbs yatan siyasi məhbusu” adlandırdığı Qoqonov 1993-cü ilin iyulunda həbs olunmuşdu. Tərəfdarlarının dediyinə görə, mənimsəmə ittihamları siyasi motivlidir.



