Dünyanın ən nüfuzlu biznes jurnalı ölkəmizdə diktatura rejiminin olduğuna işarə vurdu
Dünyanın ən nüfuzlu biznes jurnalı “Forbes”də Rusiyada demoqrafik vəziyyətlə bağlı məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, bir ölkənin zəngin olması həmin ölkənin demoqrafik vəziyyətinin yaxşı olması demək deyil. Rusiya kimi təbii ehtiyyatlarla zəngin ölkədə demoqrafik durumun bərbad olmasına səbəb antidemokratik idarəçilikdir. Liberal dəyərləri bölüşməyən ölkələrdə digər problemlərlə yanaşı demoqrafik durğunluq da geniş yayılır.
“Forbes”ın məqaləsində diqqətçəkən məqam ondan ibarətdir ki, həmin yazıda Azərbaycanın da adı xatırlanır. Məqalədə vurğulanır ki, Azərbaycan və Qazaxıstanda sultanlıq tipli diktatura rejimləri hökm sürür. Adıçəkilən ölkələrdəki idarəçilik sisteminin Rusiyada təkrarlanması Şimal qonşumuzun demoqrafik cəhətdən daha bərbad duruma düşməsinə yol açacağı da deyilir.
azadliq.info


