Breryvikə ayaqqabı atdılar

Keçən il Norveçin Utoya adasında 69 insanı qətlə yetirən Anders Breyvik adlı terrorçunun məhkəməsi yarımçıq qalıb. Belə ki, öldürülənlərdən birinin zalda əyləşən qohumu “Qatil, cəhənnəmə get” qışqıraraq, ayaqqabısını ona tərərf atıb. Zalda oturan bir çox şəxs bu hərəkəti alqışlayıb. Bəziləri ağlayıb.

Ayyaqabı Breyvikə yox, onun vəkilinə dəyib. Dinləmələr başlayandan sonra o, zalda oturanlara deyib: “Əgər siz mənə nəsə atmaq istəyirsinizsə, bunu mən zala girərkən ya çıxarkən edin. Daha vəkilimi zərbə altında qoymayın”.

Xatırladaq ki, keçən ilin yayında Breyvik tərəfindən hazırlanan partlayışda və kütləvi qətliamda 77 nəfər həlak olmuşdu. Terrorçuya məhkəmə hökmünün iyul ayında oxunacağı gözlənilir.

azadliq.info