Əfqanıstan xəritəsini xatırladan xal

Əfqanıstanın Laşkarqah şəhərinin 9 yaşlı sakini Qranın bədənində ölkənin xəritəsini xatırladan xal tapılıb. Bundan sonra oğlan çox məhşur olub. Bu haqda “The Daily Telegraph” qəzeti yazır. Qran deyir ki, onun sinəsinin sol tərəfində olan xal hər zaman olub, amma insanlar buna diqqət  yetirməyiblər.

Fakt aşkarlanandan sonra oğlanın ailəsinin bəxti gətirib. İndi onun ailəsinin ev tikmək üçün torpaq  ərazisi var. Onlara hər ay 100 dollar ayrılacaq. Əfqan vətənpərvərləri isə mükafat kimi Qranın təhsil haqqını ödəyəcək.

Bənzər hadisə 2009-cu ildə Dağıstanda olmuşdu. Əli adlı oğlanın bədənində peyğəmbərin hədisləri peyda olmağa başlamışdı. Uşaq tanınandan sonra ona çoxlu hədiyyələr bağışladılar, evi isə pirə çevrildi.

azadliq.info