20 ilə yaxın antikorrupsiya araşdırmalarını yaxından tədqiq edən nüfuzlu araşdırmaçı David Louer ABŞ-da yeni çapdan çıxmış “Frequently Asked Questions in Anti-Bribery and Corruption” adlı dərslik- kitabında Azərbaycanın hakim ailəsindən də bəhs edir.
Turan-ın məlumatına görə, müəllifin diqqətini çəkən Azərbaycan prezidenti və ailəsinin Dövlət Neft Şirkəti ilə “gizlin bağlarıdır”.
Müəllif 1990-cı illərin sonunda özəlləşdirmə vaxtı Azərbaycanın neft sənayesini nəzarətə götürmək iştahına düşən 65 yaşlı konnektikutlu uğurlu iş adamı Frederik Bourke və onun bizneş ortaqlarının başına gələnləri yada salır.
Amerika Ədliyyə Departamentinin sənədlərində Bourke 1998-ci ildə çex investoru Viktor Kojeni ilə əlbir olaraq Azərbaycan rəsmilərinə biıərəkdən rüşvət verərək, Dövlət Neft Şirkətinin saxta hərracla özəlləşdirmək niyyəti güdməkdə ittiham olunur.
Düzdür, sövdələşmə baş tutmayıb, belə ki, bir ildən sonra Azərbaycan rəhbərliyi şirkətin satılmadığını bəyan edib, ancaq məsələnin ən ritorik tərəfi odur ki, Louer yazır, “azəri qanunları Dövlət Şirkətini və zaman və necə özəlləşdirməyə çıxarmaq ixtiyarını prezidentə verməklə, dövlət başçısı özü və komandasına özlərini “beynəlxalq korrupsiyada sınamaq” imkanı verirdi.
İlişdiklərini görən Bourke və ətrafı ABŞ hakimləri qarşısında müdafiə üçün azəri qanunlarını əsas gətiriblər və hərəkətlərinin “yerli qanunlara görə, qanunsuz olmadığını” bildiriblər, buna baxmayaraq, Amerika tərəfi bunun əsassız olduğunu üzə çıxarıb, belə ki, rüşvət vermək elə Azərbaycanın öz qanunlarında da qadağandır.
Hazırda Lawler Vaşinqton və London daxil olmaqla, dünyanın 5 mərkəzi paytaxtında yerləşən Forensic Risk Alliance-in əməkdaşıdır.


