Hacıbala Abutalıbov: «Orada park tikiləcək, həmin park Heydər Əliyevin 90 illiyi tamam olan günü açılacaq»
“Keçmiş Füzuli və Mirzağa Əliyev küçələrinin yerində – 7,5 hektar ərazidə salınacaq park 2013-cü ilin mayın 10-da- Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə keçirilən Gül Bayramı günü açılacaq”.
Bu açıqlamanı jurnalistlərə Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov verib. H.Abutalıbov qeyd edib ki, həmin ərazidə “Qış bulvarı” adlı park olmayacaq:”Orada gözəl, musiqili fəvvarələri olan dünyanın ən gözəl parkı salınacaq. Bununla bağlı Bakı Şəhər Icra Hakimiyyətinin sərəncamında “Gözəl istirahət parkı salınacaq” yazılıb. Bir daha deyirəm, həmin ərazidə gözəl istirahət bağ-park kompleksi salınacaq. Parkın aşağısında isə 2 mərtəbəli, müasir tələblərə cavab verən avtomobil dayanacağı inşa ediləcək. Bu dayanacaq 4500 avtomobil üçün nəzərdə tutulub”.
Abutalıbov qeyd edib ki, ərazidəki birmərtəbəli evlərin hamısı bir neçə il ərzində söküləcək.


