Dünya Bankından iqtisadiyyatımızla bağlı ciddi xəbərdarlıq

bohranAzərbaycan iqtisadiyyatında 3 ildə 0 iqtisadi artım olacaq

Ekspertlərə görə, iqtisadiyyatın bütün sahələri hazırda böhranın təsiri altındadır

“Məzənnənin sabitliyi uğurlu iqtisadi siyasətin göstəricisi ola bilməz. Çünki məzənnə iqtisadiyatda baş verən proselərə, şoklara adekvat reaksiya verməlidir”. Bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer deyib.
H.Timmer ümumiyyətlə, məəzənnənin sabitləşdirilməsi siyasətinin yürüdülməsinin doğru olmadığını deyib: “Hazırda Azərbaycanda 3%-lik iqtisadi geriləmə var. İnfliyasiya ikirəqəmli səviyyədədir. Növbəti iki ildə də bu, 3% səviyyəsində olacaq. Bu o deməkdir ki, qarşıdakı 3 ildə 0 iqtisadi artım olacaq”.
DB rəsmiləri qeyd edib ki, Azərbaycanda iqtisadi resessiya mövcuddur: “Biz Azərbaycanda pul siyasətinə baxmağı tövsiyyə edirik. Həmçinin, maliytə sektoru sabitləşdirilməlidir. Neftin qiymətində olan azalma bank sektoruna mənfi təsir edir. Bankların restrukzasiyasına ehtiyac var. Problemli kreditlər artıb. Orta və uzunmüddətli tədbirlər görülməlidir”. (Report)

Dünya Bankı və nüfuzlu beynəlxalq təşkilatların bu hesablamaları hansı nəticəyə gəlməyə əsas verir?

İqtisadçıların fikrincə, Dünya Bankının, BVF-nin və bu qəbildən olan digər qurumların iqtisadiyyatımızın gələcəyi ilə bağlı söylədikləri hakimiyyət tərəfindən nəzərə alınmaqdansa, qulaqardına vurulur və görməzlikdən gəlinir. Halbuki, Azərbaycan iqtisadiyyatını gözləyən problemlər və çətinliklər barədə hələ illər öncə beynəlxalq qurumların xəbərdarlığı var idi. Azərbaycan iqtisadiyyatının birtərəfli inkişaf etməsi və neftdən asılı iqtisadiyyatın gələcəkdə ciddi böhranla üzləşə biləcəyi əvvəlcədən proqnozlaşdırılan idi.

Digər tərəfdən o da nəzərə alınmalıdır ki, iqtisadiyyatın böhrandan çıxarılması üçün atılmalı olan addımlar hazırda gerçəkləşdirilmir. Zəruri addımların gecikdirilməməsi isə bu gün həlli mümkün olan problemlərin həllini sabah mümkünsüz edir. İqtisadiyyatın bütün sahələri hazırda böhranın təsiri altındadır. İstehsalın demək olar ki, tamamilə dayanması iqtisadi tənənzülü qaçılmaz edir.

Xəyal