Gülnarə Kərimovanın ölüm xəbəri yayılıb

gulnara-kerimovaÖzbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın ölüm xəbəri yayılıb. Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin adı açıqlanmayan əməkdaşı 44 yaşlı Gülnarə Kərimovanın noyabrın 5-i zəhərlənərək öldürüldüyün və həmin gecə Daşkənddəki “Minor” qəbristanlığında dəfn edildiyini deyib. Məzarın üstü torpaqla örtülərək gizlədilib.

Artıq sosial mediada da G. Kərimovanın ölüm xəbəri yayılmağa başlayıb. Tvitterdə “Gülnarəni göstərin” adlı hesab jurnalistlərə, beynəlxalq ekspertlərə  müraciət edərək Kərimova barədə dəqiq məlumat istəyir və Gülnarənin ən azından video müraciət etməsini tələb edir.

Ölüm xəbərindən qısa müddət sonra tvitterdə Gülnarə Kərimovanın adına olan hesab açılıb və köhnə fotolar yeni çəkilimiş kimi paylaşılmağa başlanıb.

Onu da qeyd edək ki, rəsmi Daşkənd iddialara heç bir cavab vermir.

azadlıq.info