Evinin sökülməsinə eiraz edən qadın özünü partlatdı

Çində evinin sökülməsinə etiraz edən və ödəniləcək təzminatla razılaşmayan qadın öznü partladıb. Kamikazdelər kimi üzərinə partlayıcı bağlayan qadının özünü partlatması nəticəsində daha 2 nəfər həlak olub, 14 nəfər isə yaralanıb. “Şinhua” agentliyinin xəbərinə görə, olay ölkənin cənub-qərbində meydana yaşanıb.

Əlavə edək ki, Çində yerli hökumətlər üçün əhəmiyyətli maliyyə qaynağı olan söküntü və tikinti işləri tez-tez xalqın etirazına, bəzən də şiddətli olayların yaşanmasına səbəb olur.