Asif Yusiflinin işi “MTN və Rabitə işindən” daha dəhşətli imiş?

cemil-hesenli-ev

Milli Şuranın sədri Cəmil Həsənli siyasi məhbus Asif Yusiflinin qanunsuz həbsi ilə bağlı yazı yazıb. O, bu barədə öz “facebook” səhifəsində qeyd edib.

Heyrətamiz təzadlar, qəribə paradokslar ölkəsində yaşayırıq. Bir tərəfdə başdan-başa qanunsuzluq və cinayət kələfinə bənzəyən “MTN işi” və “Rabitə işi”, o biri tərəfdə isə heç bir zərərdidəsi, şahidi, sənədi-sübutu olmayan Qarabağ qazısı Asif Yusiflinin həbsi. Keçmiş rabitə və yüksək texnologiyalar nazirinin göstərişi ilə təmir-tikinti xərcləri 20-25 faiz şişirdilib, dövlət büdcəsinin talanması faktı baş verib, oğurlanmış bu pulun 11 milyon manatı vergi işçilərinə verilib. Rabitə nazirinin hal-hazırda da müavini işləyən iki yüksək vəzifəli şəxsinə büdcənin talanmasından əldə olunan korrupsiya vəsaiti hesabına hər ay 30-50 min manat paket verilib, hər iki vəzifəli şəxs bu paketi alıqlarını təsdiq ediblər. Hələ, üstəlik Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru olmuş Beytulla Hüseynov düz bir ay əvvəl öz ifadəsində göstərib ki, büdcə talanması hesabına əldə olunan korrupsiya pullarından, nazirə ev almaq üçün 2 milyon, indi də nazir müavini kimi çalışan İltimas Məmmədova isə özünə imarət tikməsi üçün 1,5 milyon manat “yardım” göstərilib. Diqqət edin, Qarabağ döyüşçülərində əlil olmuş şəxslərin, vətən uğrunda canını fəda etmiş şəhidlərin qan pulunu verməyə Azərbaycan hökuməti pul tapmır, amma nazirə hər ay 300 min, nazir müavini isə hər ay 50 min mamant paket verir, üstəgə hər iki yüksək vəzifəli şəxsə öz mənzil-məişət şəratini yaxşılaşdırmaq üçün birlikdə 3,5 milyon manat “yardım” göstərir, əl tutur. Qarabağ şəhidlərinin, fədailərin, qazilərinin qan pulu nə qədərdir? Hardasa 3-4 min Qarabağ əlilinin və bundan bir qədər çox şəhidin qanunla müəyyən edilmiş sığorta pulundan söhbət gedir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunla Qarabağ müharibəsində şəhid olanın ailəsinə 11 min manat pul düşür. Birinci qrup Qarabağ əlillərinə 8 min 800, ikinci qrup Qarabağ əlillərinə 6 min 600, üçüncü qrup Qarabağ əlillərinə də 4 min 400 manat sığorta pulu verilməlidir. Təkcə Rabitə naziri və onun müavininə göstərilən “ianə” hesabına bu ödənişin yarıdan çoxu həll edilmiş olardı. Həbs edildiyi məqamda ikinci qrup Qarabağ əlili kimi hökumətin Asif Yusifliyə 6 min 600 manat borcu vardı. Amma törətmədiyi cinayətə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev AXCP Rəyasət Heyətinin üzvü olduğu üçün onu 7 il 6 ay müddətinə azadlıqdan məhrum etdi. Asif AXCP üzvlərinə, QHT-lərə, insan hüquqları təşkilatlarına qarşı siyasi həbslər dalğasının genişləndiyi 2014-cü ilin noyabrda saxlanılmışdi. Bu iş üzrə zərərçəkmiş qismində tanınan Fəridə Zülfüqarova şikayətçi olmadığın, özünü zərərçəkmiş hesab etmədiyin bildirib. İşdə maddi ziyan hesab olunan 6500 manat isə artıqlaması ilə ödənilib. Sadəcə, həmin vəsaitin Fəridə Zülfüqarovadan alınıb Rafiq Hüseynova (sonuncu vəzifəli şəxs bu vəsaiti aldığını təsdiq edib) verilməsində vasitəçi olmuş Asif Yusifli 6500-ün əvəzinə 8100 manat ödəsə də, məhkəmə onun 7 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Amma qiymətlərin şişirdilməsi yolu ilə dövlət büdcəsinin talanması əsasında hər ay 50 min paket alan, hələ üstəlik özünə dəbdəbəli ev tikmək üçün Rabitə nazirliyinin korrupsiya kassasından 1,5 milyon manat “yardam” alan nazir müavini isə heç nə olmamış kimi öz “səmimi” etiraflarıdan sonra vəzifəsini davam etdirir. Bu talançılıq əməliyyatından 11 milyon manat “qazanan” vergi işçilərini isə ümumiyyətlə itirib axtaran yoxdur. Bax, təkcə bu məbləğ Qarabağ şəhidlərinin, qazilərinin, qəhrəmanlarının qan pulunu ödəmək üçün yetərli idi.