Asif Yusiflinin işi yenidən Ali Məhkəmədə

asifyusifli1AXCP Rəyasət Heyətinin üzvü Qarabağ qazisi Asif Yusiflinin həbsinin qalan hissəsindən azad edilməsi barədə  məhkəmə qərarından Ali Məhkəməyə kasassiya şikayəti verilib. Bu haqda  Azadlıq.info-ya vəkil Fəxrəddin Mehdiyev bildirib.

Cinayət məcəlləsində yeni dəyişiklikdən sonra  sonra Nizami Rayon Məhkəməsi Asif Yusifliyə ittiham maddəsini CM-nin 178.3 maddəsindən 178.2-ci maddəsinə dəyişdirib. Məhkəmədə  Qarabağ əlilinin cəzaçəkmə rejimi dəyişdirilsə də barəsindəki hökm  6 il olaraq saxlanılıb.

Həmin qərardan apellyasiya şikayətinə baxılaraq Bakı Apellyasiya Məhkəməsində Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası qərarı qüvvədə saxlayıb.

Asif Yusifli barədə ümumi  hökmdən verilmiş kasassiya şikayətində Asif Yusifliyə  münasibətdə  Ali Məhkəmə Cinayət Məcəlləsinin 62-ci (müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsini tətbiq edərək ona 6 illik cəza vermişdi.

azadliq.info