İqtisadçı ekspert Nemət Əliyev özünün facebook səhifəsində ölkənin üzləşdiyi ağır iqtisadi böhrandan yazıb:
2014, 2015 və 2016-cı illərin “yanvar-oktyabr” dövrlərinin müqayisəsi göstərir ki, son iki il ərzində iqtisadiyyatımız 9,4 milyard dollar və ya 55% həcmində investisiya itkisi verib. İtkinin 3,9 milyardı ötən ilin, 5,5 milyardı isə bu ilin payına düşüb. Yəni ötən illə müqayisədə bu il pisləşmə tendensiyası daha da sürətlənib.
Əsas zərbə qeyri-neft sektoruna dəyib. Bu sektor iki ilə 7,7 milyard dollar və ya 72% həcmində investisiya itirib. Yerli investorlar sərmayə qoyuluşunu 8,8 milyard və ya 74% azaldıb. Xarici investorlar isə ötən il Azərbaycan iqtisadiyyatına yatırım etdikləri investisiyanın həcmini bu il 1,1 milyard dollar və ya 20%-dən çox azaldıb.
azadliq.info



