İrəvanda asfalta Azərbaycan bayrağı çəkdilər

Mayın 9-na keçən gecə naməlum şəxs Ermənistan paytaxtı İrəvanda asfalta Azərbaycan Respublikasının dövlət bayrağının rəsmini çəkib. “Armtoday.info” xəbər verir ki, məsul təşkilatların təmsilçiləri boya ilə çəkilmiş rəsmi tez bir zamanda siliblər.
Erməni mənbələri hadisənin motivi haqda məlumat yaymayıb.