Lənkəranda 46 yaşlı kişi özünü öldürüb

intiharLənkəranda intihar hadisəsi baş verib. Lənkəran rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Sütəmirdov kəndində qeydə alınıb. Kənd sakini, 1970-ci il təvəllüdlü İqbal Ağəli oğlu Əliyev yaşadığı evdə özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (APA)