Donetsk Azərbaycanlıları Konqresinin prezidentinə görüş keçirdiyi yerdə sui-qəsd olub
Ukraynada Azərbaycan diasporunun tanınmış simalarından biri qətlə yetirilib. “Azadlıq”ın Ukraynadan aldığı məlumata görə, Donetsk Azərbaycanlıları Konqresinin prezidenti İqbal Mahmudov mayın 9-da sui-qəsdə məruz qalıb. O, Makiyevka şəhərində böyük vətən müharibəsi veteranları ilə görüşürmüş. Açıq havada keçirilən görüş zamanı 2 naməlum motoskletçi ona atəş açaraq hadisə yerindən uzaqlaşıb.
İlkin məlumatlara görə, İ.Mahmudova 3 güllə dəyib. Güllələrdən biri onun ciyərini parçalayıb.
Qətlin motivi haqda hələlik heç nə bəlli olmasa da, deyilir ki, İ.Mahmudov Azərbaycan diasporunun Ukraynada ən fəal nümayəndələrindən biri olub.
azadliq.info