Poroşenko ABŞ-a gedəcək

poroshenkoABŞ-ın vitse-prezidenti Cozef Bayden ilin sonuna qədər Ukraynaya səfər edəcək. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Həmçinin Ukrayna prezidenti Pyotr Poroşenkonun ABŞ-a səfər edəcəyi deyilir. 2017-ci ilin fevral ayına planlaşdırılan səfər zamanı P. Poroşenko ABŞ-ın yeni prezidenti Donald Trampla görüşəcək.
Xatırladaq ki, ötən günlərdə tərəflər arasında telefon danışığı olub.