Hacıqabul sakini intihar edib

olum-intiharHacıqabul rayonunda intihar hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayon mərkəzindəki tikinti materialları mağazasında qeydə alınıb.

Rayon sakini, 1961-ci il təvəllüdlü Quliyev Səfər Eynulla oğlu orada özünü asıb.

İntiharın səbəbi məlum deyil.

Faktla bağlı Hacıqabul rayon Prokurorluqda araşdırma aparılır.