Masallıda bazara giriş yasaqlanıb

Icra başçısı «Köhnə bazar»ın yollarını bağlatdırıb

Masallı rayonunun mərkəzində yerləşən “Köhnə bazar” adlanan ticarət mərkəzinə gedən yollar artıq 10 gündür ki, bağlanıb. Bazarın bütün giriş-çıxış yollarına polisləri düzdürən yeni icra başçısı Rafil Hüseynovun tapşırığıyla orada ticarətlə məşğul olmaq qadağan edilib. Bu barədə “Azadlıq”a rayon sakinləri məlumat veriblər.
Masallı sakinləri deyir ki, yeni icra başçısının belə bir addım atmasının səbəbi bazar rəhbərliyindən “haqq” tələb etməsidir. Onların sözlərinə görə, tələb olunan məbləğ isə çox yüksəkdir. Masallının yeni rəhbəri deyib ki, istədiyi “haqq” çatmayana qədər bazarın fəaliyyətinə imkan verməyəcək: “Səhərçağı bazar bağlı olur. Heç bir avtomobili içəri buraxmırlar. Günün ikinci yarısında maşınların bazara girməsinə icazə verirlər. Bu isə heç kimə sərf eləmir. Bazarda işləyənlər səhər mal gətirirlər, kəndlərdən ”Köhnə bazar”a axın gündüz olur. Minlərlə ailənin çörəyi burdan çıxır, ancaq işləməyə qoymurlar”.

Ramin