ABŞ dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlir

Bridget A. Brink.Gələn həftənin əvvəlində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brinkin Azərbaycana səfəri gözlənilir.

Bu barədə Amerikanın Səsinə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər.

Yerli media xanım Brinkin ölkə rəhbərliyi ilə görüşlər keçirəcəyini, danışıqlarda ikitərəfli əməkdaşlıq, təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin diqqət mərkəzində olacağını yazır.