Putin Medvedevi baş nazir postuna namizəd irəli sürdü

Rusiyanın yeni prezidenti Vladimir Putin mayın 7-də, andiçmə mərasimindən sonra Dövlət Dumasına təqdimat göndərərək Dmitri Medvedyevi baş nazir postuna namizəd irəli sürüb. “Media forum” saytının məlumatına görə, parlamentin aşağı palatasının spikeri Sergey Narışkin belə açıqlama verib.

1965-ci il sentyabrın 14-də Leninqradda (Sankt-Peterburqda) anadan olan Medvedyev 1987-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini, 1990-cı ildə aspiranturanı bitirib.

1990-1999-cu illərdə təhsil aldığı universitetdə dərs deyib. 1995-ci ilədək Leninqrad Şəhər Soveti sədrinin müşaviri və Sankt-Peterburq meriyasının xarici əlaqələr komitəsinin eksperti işləyib.

1999-cu ildə Rusiya Federasiyası hökuməti aparatının rəhbərinin müavini, 2000-ci ildə isə birinci müavini olan Medvedyev 2000-2003-ci illərdə “Qazprom”da çalışıb (Direktorlar Şurasınının sədr müavini, sədri). 2003-cü ilin oktyabr ayından 2005-ci ilin noyabr ayına qədər Prezident Administryasiyasına rəhbərlik edib. 2005-ci ilin noyabrından Rusiya baş nazirinin birinci müavini olub, daha sonra baş nazir kürsüsünə gətirilib.

2008-2012-ci illərdə Rusiya prezidenti olub.