Azərbaycan gəncliyi! Mayın 7-də İctimai Palata Bakı Şəhər İcra Hakimiyyəti önündə “Sərbəst toplaşma azadlığı təmin edilsin” şüarı ilə piket keçirəcək.
Sabahına, ölkəsinə və azadlığına sahib olmaq istəyən hər bir gənci aramızda görmək istəyirik.
Azərbaycanın neftinə, qızılına və digər sərvətlərinə sahib olan Əliyevlər rejimini birgə durduraq.
Azərbaycan gəncliyi, 7 may saat 12:00-da BŞİH qarşısında sən də etirazını bildir.


