Erməni müxalifəti parlament seçkiləri zamanı kütləvi pozuntuların baş verdiyini iddia edir
Ermənistanda bazar günü keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərə seçicilərin 62.23 faizi qatılıb. Prezident Serj Sərkisyanın rəhbəri olduğu Respublika partiyası səslərin 44 fazini, iqtidardakı partiyadan biri Çiçəklənən Ermənistan 30.3 faiz səslə seçkilərin qalibi elan olunublar. Parlamentə təmsil olunmaq üçün tələb olunan 5 faizlik həddi Daşnaksutyun, Jaranqutyun və Qanunçuluq Ölkəsi partiyaları da keçiblər.
Ölkənin əsas müxalif bloku keçmiş prezident Levon Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqresi də parlamentdə düşməyi bacarıb. Radikal müxalif mövqe sərgiləyən blok parlamentdə düşmək üçün blok tələb olunan 7 faizlik baryeri keçib. Petrosyanın lideri olduğu blok seçicilərin 7.2 faiz səs toplayıb. Əlavə edək ki, KİV və sosial şəbəkələrdə seçkilər zamanı çoxsaylı pozuntulara yol verildiyi haqqında məlumatlar yayılıb. Şikayətlər, əsasən, seçki qutularına əlavə bülletenlər atılması, təkrar səsvermə və kütləvi şəkildə rüşvət paylanma halları ilə bağlıdır.
Müxalifət nümayəndələri pozutuların kütləvi xarakter daşıdığını və qabaqcadan düşünülmüş plan üzrə gerçəkləşdirildiyini bildirirlər. Seçkilərin gedişinə nəzarət etmək məqsədilə yaradılmış Erməni Milli Konqresi, Firavan Ermənistan və Daşnaksutyun partiyalarının Vahid Qərargahı səsvermədə iştirak edənlərin sayının (təxminən 1,56 milyon) şişirdirildiyini bildirib.
Vahid Qərargahin seçkilərdən sonra yaydığı bəyanatına əsasən, seçicilərin gəlmə miqdarına dair rəsmi rəqəmin seçki prosesinin qanuna uyğunluğu ilə bağlı şubhələnməyə əsas verdiyini bildirir. İqtidar nümayəndələri və iqtidarmeylli informasiya vasitələri səsvermə zamanı heç bir ciddi pozuntu müşahidə etmədiklərini iddia edirlər.
İnformasiya şöbəsi


