Keçmiş qubernator Mixail Saakaşvili Ukraynada yeni siyasi partiyanın yaradılacağını bəyan edib.
“Biz məqsədi cəmiyyətin tör-töküntülərindən ibarət hazırkı siyasi elitanı dəyişmək olan yeni siyasi güc yaradacağıq”, – Saakaşvili 11 noyabrda Kiyevdə brifinq zamanı deyib.
Odessa oblastının eks-qubernatoru həmçinin bəyan edib ki, Yuxarı Radaya erkən parlament seçkilərinə nail olmaq istəyir.