İran Bakını aksiya ilə hədələdi

Təbrizdə cümə xütbəsi deyən Ayətullah Şəbistəri Təbriz əhalisinin 8 mayda rəsmi Bakı hökümətinin İslam əyehinə hərəkətlərinə etiraz edəcəyini bildirib. Şəbistəri həftənin ikinci günü təbrizlilərin Azərbaycanın Təbrizdəki konsulluq qarşısında etiraz aksiyası keçirəcəyini deyib.
 
 Bu tədbirin effekt vermədiyii halda, şəhər əhalisi gələn cümə böyük etiraz yürüş keçirəcək. Bəhreyn inqilabına da münasibət bildirən Şəbistəri Xəlifə rejiminin 1 mayda nümayiş keçirən insanları qan içində boğduğunu da deyib. Xəbəri Fars Agenliyi yayıb. 
 
azadliq.info