Türkiyə ilə Azərbaycan arasında Gülən danışıqları intensivləşib

ilham-gulenElxan Şahinoğlu: “Türkiyə Azərbaycandan siyahı üzrə addımların atılıb-atılmadığını dəqiqləşdirir”

 Türkiyə hökuməti Gülən işiylə bağlı vaxtaşırı olaraq Azərbaycan hakimiyyətinə mesajlar ünvanlayır. Bu mesajlar istər Azərbaycan rəsmilərinin Türkiyə səfəri, istərsə də türk diplomatlarının Bakıdakı təmasları zamanı gündəmə gətirilir. Baş prokuror Zakir Qaralov Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Erkan Özoralla noyabrın 8-i görüşünü də bu qəbildən saymaq olar.

Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Azərbaycanın dəstəyinə görə təşəkkürünü bildirən səfir E. Özoral ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Bir müddət əvvəl Türkiyəyə səfər edən Prezident Adminirtasiyasının ictima-siyasət şöbəsinin müdri Əli Həsənovun da bu məsələni müzakirə etdiyi istisna deyil.

Türkiyənin Gülən dosyesi ilə bağlı gözləntiləri nədən ibarətdir? Azərbaycanın indiyə qədər bu istiqamətdə atdığı addımların kifayət etmədiyi hiss olunur.

elxan-shahinoglu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, bu istiqamətdə iki baxış var. Bir tərəfdən Türkiyəli rəsmilər Azərbaycan tərəfi ilə görüşlərində bəyan edirlər ki, Bakıdan razıyıq. Amma ikinci yanaşmada odur ki, qapalı görüşlərdə bu məsələ gündəmə gətirilir: “Daxili işlər naziri Türkiyəyə görüşə dəvət olunur, Zakir Qaralova siyahı verilir, prezidentin köməkçisi Əli Həsənov Türkiyəyə səfər edir. Bunlar hamısı ondan xəbər verir ki, Gülən hərəkatı ilə bağlı Ankara ilə Bakı arasında danışılar gedir. Amma danışıqların predmetinin nə olduğu ilə bağlı müxtəlif suallar var. Siyahı üzrə addımlar atılırmı? Gülən şəbəkəsinin maliyyəsinin nəzarət altına alınmasında  son durum necədir? Görünür, Azərbaycan rəsmiləri ilə bu istiqamətdə son zamanlar danışıqlar intensivləşib”.

Xəyal