Elnur «Almadan küsən»i təqdim elədi

Dünən Müsavat Partiyasının qərargahında “Azadlıq”ın köşə yazarı Elnur Astanbəylinin “Almadan küsən” şeirlər kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə ölkənin tanınmış ictimai-siyasi xadimləri, o cümlədən AXCP sədri Əli Kərimli, Müsavat başqanı Isa Qəmbər, sabiq baş nazir Pənah Hüseyn, yazıçı-publisist Mehriban Vəzir, yazar Şahvələd Çobanoğlu, nüfuzlu vəkillər, müxtəlif gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
“Almadan küsən” haqqında məlumat verildikdən sonra tədbir kitab ətrafında müzakirələrlə davam etdi. Təqdimat mərasimində həmçinin ədəbiyyat sahəsindəki mövcud problemlər ətrafında da fikir mübadiləsi aparıldı. Sonda müəllif tədbir iştirakçılarına avtoqraf verdi. Elnur Astanbəyli hazırda həbsdə olan vicdan məhbuslarına kitab göndərməyi də yaddan çıxarmadı…