natiqedilov

Elçibəyə gülürdük

natiqedilov

Natiq Güləhmədoğlu

İman gətirib, saleh əməl sahibi olanlar yaşları çatırsa, mənim haqq sözümə şahidlik edəcəklər. Mən Sabirabadlıyam. Bilirsiniz ki, bizim rayon camaatına pambıqla qan uddurublar. Dastanlar, rəvayətlər var pambıq zülümünə dair, bu haqda sonra danışarıq.

Cəbhə hakimiyyətə gələndə ölkədə müharibə gedirdi, çoxlu həll olunası problemlər vardı. Ancaq bu çətinlik içində adamlar gülməyə, hətta qəşş eləməyə mövzular tapırdılar. Dəqiq yadımdadı bizim camaat ən çox belə bir hadisəyə uğunub keçirdilər.

Prezident Elçibəydən müxbirlər soruşmuşdu ki, bəy bu pambıq işi nə olacaq?

O da deyib ki, necə olacaq, pambıqdır da, yığarlar lap yaxşı, varlaşarlar, yığmazlar da öz işləri…

Camaat üçün bu gülməli idi. Necə yəni ə, pambığı yığırsan yığ, yığmırsan cəhənnəmə. İnsanlarımız o vaxt hələ bilmirdi ki, xüsusi təsərrüfatın, bazar iqtisadiyyatının olduğu yerdə prezident pambıq ək, xurma becər, nar soku çək sərəncamı, göstərişi verə bilməz. Öz işindi. Lakin, camaat bunu hələ idrakından keçirə bilmədiyindən “ha-ha-hah” eləyib şənlənirdi.

“Eşitmisiz də, Elçibəy deyib ki kim istəyir pambıq əkməsin yığmasın”- dədənin evi yıxılsın zamana yiyəsi. Belə də prezident olar!!?? Camaatı da qınamaq olmazdı. Onlar gözlərin açandan görmüşdülər ki, atanın oğul, ərin arvad üzərində hökmündən çox kolxoz sədrinin, briqadirin, hətta manqa başçısının onlara təsiri, hökmü var.

Xülasə, müdrik xalqımız “ulu öndər”lə birgələşib insanlara azadlıq kimi qorxulu fenomeni bəxş edən Elçibəy hakimiyyətin yıxdı, bir az toxdadı. Lakin, bu hakimiyyətlə birgə camaatın təbəssümü də əldən getdi. Yox, yox, bu o anlamda deyil ki, “ulu öndər” və onun layiqli davamçısının hakimiyyyəti zamanı gülməli hadisələr baş vermir. Verir, həm də lap çox. Ən yumoristik yazıçıları tozda qoyan sənət əsərini bizim nazirlər, başçılar, prokurorlar hər gün istehsal edib xalqın ixtiyarına verir. Ancaq…


Ancaq bu geridə qalan illərdə camaatımıza o qədər teksun yağı, toyuq budu yedirtdilər ki bizim təbii reaksiyalarımız da kəllə mayallaq oldu. Bu mənim qənayətimdir. Sizdə başqa variant varsa, yazın öyrənim. İnsanların yumor hissi yerindədirsə, siz imam, aşağıda siz təqdim eləyəcəyim fakt niyə dildən-dilə, kitabdan-kitaba düşmür? Niyə bu faktı şairlər nəzmə, qəzetlə manşetə çəkmir?

Hansı fakt?? Buyurun. Oxuyun, Sabirabar rayon İcra hakimiyyətindəki iclasa həsr edilən reportajdan seçmələr.

“Lakin pambıq yığımının sürəti çox aşağıdır. Hava şəraitinin yaratdıqları çətinlikləri səbəb kimi sayılsa da əsas məsələ odur ki, yerlərdə bu işlərə lazımi məsuliyyətlə yanaşılmır. 2016-cı ildə pambığın əkinlərində gecikmələrin olduğu nəzərə alınaraq bizim rayona hektardan 20 sentner hesabı ilə 12000 ton pambıq tədarükü nəzərdə tutulmuşdur. Toplanmış pambığın 80%-i əl ilə yığılmışdır. Amma bu sahədə səfərbərlik əksər yerlərdə qənaətedici deyildir. Kənddə yaşayan hər bir kəs, vəzifəsindən asılı olmayaraq pambıq yığımına səfərbər olmalıdır. Şəhərdə yaşayanlar da təşəbbüs göstərməlidirlər. Vəziyyətin son dərəcə gərginliyini nəzərə alaraq hamı bu işə səfərbər olmalıdır. 2017-ci ildə rayon üzrə 15 min hektar pambıq əkilməsi qarşıya vəzifə kimi qoyulmuşdur. Ölkə başçısı Sabirabadda keçirilən toplantıda gələn il respublikada 100 min hektar pambıq əkməklə hər hektardan 25 sentner məhsul götürülməsi tapşırığını vermişdir”

( Sabirabad “incilərin” BURANI BAS OXU).

Necədi, düzün deyin??

Nə Kefli İsgəndərin yeridi, çıxıb soruşsun: Bəə, niyə ağlamırsız əəə!!