Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyr böyük siyasətə qayıtmağı planlaşdırır. Leyborist partiyasının rəhbərliyi onun bu istəyini dəstəkləyir. “İndependent” qəzetinin yazdığına görə, 5 il əvvəl baş nazir postunu Qordon Brauna təhvil verən Bleyr artıq partiyasının kiçik deputat qrupları ilə danışıqlara başlayıb.
“Toni Bleyr Britaniya siyasətinin böyük fiqurudur. O, hər üç seçkidə leyboristləri qalib çıxara bilən uğurlu liderdir. Milbend belə Bleyrin siyasətə qayıtmasına sevinərdi” – deyə leyborist partiyasının nümayəndəsi bildirib.
azadliq.info