İctimai Palatanın Şəki təşkilatından yerli hakimiyyətə etiraz

“Insanların öz hüquqlarını müdafiə etmək üçün müxtəlif təşkilatlarda birləşmək və qanuna müvafiq siyasi fəaliyyət göstərmək hüququna malik olduğunu bütün dünya anlayıb qəbul etdiyi halda, Şəkinin Icra Hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərliyi bunu qəbul etmək istəmir. Əgər belə olmasaydı, Ictimai Palatanın Şəki təşklatının  yığıncaqlarının keçirildiyi məkan hər dəfə icra nümayəndələri və mülki geyimli polis əməkdaşları tərəfindən üzük qaşı kimi əhatəyə alınmazdı”.

Bu fikirlər Ictimai Palatanın Şəki təşkilatının yaydığı bəyanatdandır. Bəyanat müəllifləri icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının bu əməlini vətəndaşların konstitusion hüquqlarının məhdudlaşdırılmasına yönələn kobud qanun pozuntusu kimi dəyərləndirir və bu əməllərə son qoyulmasını tələb edirlər. Əks təqdirdə, təşkilat Konstitusiyanın 49-cu maddəsinə istinad edərək Şəki Şəhər Icra Hakimiyyəti qarşısında piket keçirmək haqqında qərar qəbul edəcəyini bildirir.